VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 12 yaşlı qız müəmmalı şəkildə dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramanı qəsəbəsi, Gülçülük Sövxozu yaxınlığında qeydə alınıb.

Həmin ərazidə nömrəsiz evlərin birində yaşayan 2007-ci il təvəllüdlü Fidan Şəmsi qızı İsmayılzadə atası tərəfindən huşsuz vəziyyətdə tapılıb.

Qızı atası Şəmsi İsmayılov kapron vannada tapıb.

Fidan İsmayılov Təcili və Təxirəsalınmaz Tibbi Yardım həkimləri tərəfindən 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Lakin həkimlər qızın həyatını xilas edə bilməyiblər.
Faktla bağlı araşdırma aparılır.

Ziya SƏCCAD

BAKU.WS