SİZİN REKLAM BURADA!
055 213 76 73


Gədəbəy rayonunda bədbəxt hadisə nəticəsində xəsarət alan 81 yaşlı kişinin əli amputasiya edilib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Əlismayıl kəndində qeydə alınıb.

1938-ci il təvəllüdlü Qiyas Hüseynov ağır vəziyyətdə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər yaralının sol əlini amputasiya ediblər.

İlkin məlumata görə, Q.Hüseynov bağçasında odun yararkən balta ilə əlinə xəsarət yetirib.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma başlanılıb.

BAKU.WS