SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı-Astara yolunda yanacaq daşıyan maşın aşıb.

BAKU.WS-in məlumatına görə, hadisə Biləsuvar rayonu ərazisində baş verib. Yüksək sürətlə hərəkət edən yanacaq daşıyan maşının sürücüsü idarəetməni itirərək avtomobili aşırıb. Hadisə nəticəsində bir nəfər yanaraq ölüb. Bir nəfər də ağır xəsarətlər alıb. 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Avtomobildəki yanğın 08:48-də söndürülüb.

Ziya SƏCCAD

BAKU.WS