SİZİN REKLAM BURADA!
055 213 76 73


Üç ildir Lənkəranda yaşayan ailə sirli qüvvələrin üzündən elektrik işığına həsrət qalıb. Ailə 3 ildir lampa işığına möhtacdır.

BAKU.WS xəbər verir ki, Zərəfşan xanım və həyat yoldaşı Nadir bəy evlərində baş verənləri "Səni axtarıram"da danışıblar.

Qadın evində cinlərin-şeytanların və ya ruhların yaşadıqlarını iddia edir:

"Özümüz də bilmirik ruhdur, cindir ya nədir. Gözümüz görə-görə elektrik məftilləri kəsilib yerə düşür. Bu hadisələr baş verəndə həyat yoldaşım, oğlum da yanımda oturur. Yəni məftillər, razetkalar, lampalar və digər şeylər gözümüzün önündə qoparılıb yerə atılır. Amma bunları edənlər gözümüzə görünmür".

Ətraflı aşağıda təqdim etdiyimiz videoda izləyə bilərsiz:

Zülfiyyə Qurbanova

BAKU.WS
VİDEO