VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda itkin düşən Türkiyə vətəndaşları tapılıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Türkiyədən Bakıya qonaq gələn Terikli Serhad Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, arvadı, 1998-ci il təvəllüdlü Aytac Səmədovanın, övladı, 2019-cu il təvəllüdlü Terikli Fazil və bacısı qızı, 2003-cü il təvəllüdlü Tercan Eda ilə birlikdə itkin düşdüyünü bildirib.

Nizami rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən şəxslərin yeri qısa müddətdə müəyyən edilib və onlar ailələrinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS