VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda xalasının evinə qonaq gedən 21 yaşlı qız itkin düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Sabunçu rayon Polis İdarəsinin növbətçi hissəsinə məlumat verilib.

Bildirilir ki, bu ilin oktyabr ayının 10-da saat 16:46-da Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, nömrəsiz evə xalasının yanına qonaq gələn 1998-ci il təvəllüdlü Elnarə Elxan qızı Hümbətova itkin düşüb. Qız xalasıgildən çıxıb və bir daha ondan xəbər verən olmayıb.

Sabunçu rayon Polis İdarəsi 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elnarə Elxan qızı Hümbətovanın Rusiya Federasiyasına getdiyi müəyyən olub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS