SİZİN REKLAM BURADA!
055 213 76 73


Xaçmaz rayonunun Yergüc kəndi ərazisində sahibsiz itlər üçün salınan sığınacaqda itləri zəhərləyiblər.

Bu barədə “Biz də yaşamaq istəyirik” adlı sığınacağın rəhbəri Nailə Rüstəmli BAKU.WS-ə məlumat verib. Onun sözlərinə görə, 3 gün bundan əvvəl sığınacaqda yerləşən itlərdən 15-i zəhərlənib.

“Kimlərsə itlərimizi zəhərləyib. Ümumilikdə 15 it zəhərlənib. Onlardan 11-i ölüb. Şübhələndiyimiz insanlar var. Dəfələrlə mənə təzyiq olub ki, həmin sığınacağı bağla, yoxsa pis olacaq. Hətta itimizə güllə də atıblar”, - deyə Nailə Rüstəmli bildirib.

Zəhərlənən itlərin çoxunu Bakıya aparıblar ki, onların həyatını xilas etsinlər:
“İtləri Bakıya aparmışdıq. Klinikada həkim nəzarətində olublar. Hamının ala biləcəyi zəhər deyil. İtlərın hamısı uyuyub, keyiyib”.

Sığınacaq rəhbəri deyir ki, itlərin yerləşdiyi ərazi heç bir yaşayış evlərinə yaxın deyil:

“Yaxınlıqda bağlar var, lakin onları narahat etmir. Heyvanlar kimlərisə narahat etmir. Bizim orada daimi yaşayan işçimiz var. Heyvanların hamısına 400 manatlıq peyvənd vurmuşduq”.

Nailə Rüstəmli deyir ki, 3 ilə yaxındır bu işlə məşğul olurlar: “Heç biri sağlam it deyildi. İşgəncəyə məruz qalan heyvanlar idi. Onları yaşatmaq üçün çox əziyyət çəkmişik. Heyvanların hamısı bırkalıdır. Amma kimlərsə bizim zəhmətimizi heç edir, dilsiz heyvanlara zülm verirlər”.

Ziya SƏCCAD

BAKU.WS
VİDEO

QALEREYA