SİZİN REKLAM BURADA!
055 213 76 73


Noyabr ayının 17-də Bakı-Quba yolunda ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin dəhşətli görüntülərini əldə etmişik.

Hadisə şahidlərinin BAKU.WS-ə göndərdikləri videoda qəzadan sonrakı vəziyyət əks olunub.

Qeyd edək ki, hadisə Bakı-Quba yolunun Siyəzən rayonun Zarat kəndi ərazisindən keçən hissəsində baş verib.

"KamAZ" markalı yük maşını ilə "VAZ-21010" markalı minik avtomobili toqquşub. Nəticədə 3 nəfər ağır xəsarətlər alıb.

Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Xəsarət alanlardan 2-i (hər ikisi qadındır) xəstəxanada ölüb.

Digər yaralının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO