VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qubada yol qəzası faciə ilə nəticələnib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Quba rayonunun İspik kəndində meşəlik ərazidə baş verib.

İdarəetməni itirən VAZ2106 markalı avtomobil yoldan çıxaraq aşıb. Maşında olan azyaşlı 2016-cı il təvəllüdlü Poladov Polad Şaban oğlu ağır xəsarət alıb.

Azyaşlını Quba Mərkəzi rayon Xəstəxanasına çatdırmaq mümkün olmayıb. 3 yaşlı uşaq yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS