SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı polisi itkin düşən qızı tapıb.

BAKU.WS xəbər verir ki, əməliyyat Sabunçu rayon Polis İdarəsi 15-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat zamanı noyabrın 14-də itkin düşən Aynurə Valeh qızı Qurbanova sağ-salamat tapılıb. Qızı ailəsinə təhvil veriblər.

Faktla bağlı bölmədə araşdırma aparılır.

BAKU.WS