SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, Kürdəxanıdakı “Qaçqınlar şəhərciyi”ndə məskunlaşan 1983-cü il təvəllüdlü Nəbiyev Elmin Niftalı oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən qarşısına nəqliyyat vasitəsi çıxıb.

E.Nəbiyev toqquşmanın baş verməməsi üçün avtomobili kənara çəkməyə çalışan zaman idarəetməni itirərək qəza törədib.

Nəticədə xəsarət alan E.Nəbiyev xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

BAKU.WS