VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhiyyə Nazirliyi Mərdəkan yolunda baş verən qəza ilə bağlı məlumat yayıb.  

BAKU.WS xəbər verir ki, Mərdəkan yolunda baş verən qəza barədə Təcili Tibbi Yardıma çağırış 10:52-də daxil olub.

Hadisə zamanı 2 nəfər yerində dünyasını dəyişib.

Digər 2 nəfər 45 yaşlı qadın və 6 yaşlı uşaq isə kritik vəziyyətdə 3 saylı şəhər xəstəxanasına aparılıb.

***12:23

Paytaxtın Xəzər rayonunda ağır yol qəzası qeydə alınıb. 

BAKU.WS xəbər verir ki, aeroport yolunda bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. 

Hadisə şahidlərinin sözləri görə, Bakı-Mərdəkan yolunda 44 BL 089 dövlət nömrə nişanlı "VAZ 2107"nin sürücüsü yüksək sürətlə hərəkət edib. 

İdarəetməni itirən sürücü başqa bir avtomobilə çırpılıb. Qəza zamanı bir neçə maşın da əzilib. 

Qəza nəticəsində ölən və yaralıların olduğu bildirilir. 

Hadisə yerindən görüntüləri təqdim edirik:
BAKU.WS
VİDEO