SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı avtomobil körpüdən aşıb.

BAKU.WS APA-ya istinadla məlumat verir ki, "Ravon" markalı avtomobil Heydər Əliyev və Ziya Bünyadov prospektlərini birləşdirən yolötürücü körpü ilə hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb və körpüdən aşağı düşüb.

Əraziyə polis əməkdaşları yaxınlaşan zaman orada sürücünü aşkar etməyiblər. Onun ərazidən yayındığı, eyni zamanda xəsarət aldığı ehtimal olunur.

Hazırda polis sürücünün şəxsiyyətini və qəzanın təfərrüatlarını müəyyənləşdirməyə çalışır.
BAKU.WS
QALEREYA