SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı-Şamaxı-Yevlax avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

BAKU.WS
"report"a istinadən xəbər verir ki, hadisə noyabrın 15-də yolun Abşeron rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Ağcabədi rayon sakini, 1975-ci il təvəllüdlü İlham Məmmədli idarə etdiyi "VAZ-21074" markalı avtomobillə piyada, Abşeron rayonunda yaşayan, 43 yaşlı Səbunə Həsənovanı vurub.

Qadın xəstəxanaya aparılarkən yolda keçinib.

Abşeron rayonunda avtomobil vurulması nəticəsində ölən Səbunə Həsənova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) işçisidir.

S.Həsənova ADNSU-nun Kimya-texnologiya fakültəsində laboratoriya müdiri olub.

ADNSU-dan fakt təsdiqlənib.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS