SİZİN REKLAM BURADA!
055 213 76 73


Göygöl rayonumda ağır yol nəqıiyyat hadisəsu qeydə alınıb. 

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə, qəza rayonun Zurnabad kəndində qeydə alınıb.

İlkin məlumata görə sürücü idarə etdiyi "NİVA" markalı avtomobili aşırması nəticəsində maşında olan 1996-cı il təvəllüdlü Gülnur Qocayeva hadisə yerində dünyasını dəyişib. Avtomobilin sürücü 1992-ci il təvəllüdlü Elnur Qocayev və daha bir nəfər ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Bildirək ki, Zurnabad kəndi dağlıq reylrfdə yerləşir və avtomobilin qayadan çuxura aşdığı ehtimal edilir.

BAKU.WS