SİZİN REKLAM BURADA!
055 213 76 73


Ədliyyə Nazirliyinin  2 saylı müvəqqəti saxlanma təcridxanasında məhbus özünə deşici  alətlə xəsarət yetirib.

BAKU.WS
-in bölgə müxbirinin verdiyi məlumata görə, 1993-cü il təvəllüdlü Ceyhun Bilman oğlu Əliyev "biz" deyilən deşici alətlə özünə xəsarət yetirib.

Gəncədəki xəstəxanalardan birinə gətirilən məhbus əməliyyat edilib.

Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.

Faktla bağlı araşdırma başlanılıb, hadisənin təfərrüatları dəqiqləşdirilir.
BAKU.WS