SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 20 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar, bitişik, ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və içərisindəki əşyalar 5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, yanğın zamanı evdə olan 1 azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
BAKU.WS