SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Şəhər Baş Polis İdarəsi Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket göstərməyə cəhd etməsi ilə bağlı açıqlama yayıb.

Bu barədə qurumdan BAKU.WS-ə məlumat verilib.

Bildirilir ki, “Müsavat” partiyasının üzvləri paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər.

Müraciətə uyğun olaraq, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun müvafiq tələblərinə əsasən ictimai asayişin pozulmasının qarşısının alınması və şəhərin mərkəzi hissəsində keçirilməsi onun yerinin dəyişdirilməsi formasında məhdudlaşdırılaraq paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Neftçi” idman klubunun təlim bazası təklif olunub.

Bu barədə müraciətin müəlliflərinə rəsmi məlumat verilmiş və onlar müəyyən edilməmiş yerlərdə keçiriləcək hər hansı aksiyanın qarşısının alınacağı, baş verə biləcək ictimai qayda pozuntularına görə məsuliyyət daşıyacaqları barədə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən rəsmi xəbərdar ediliblər.

Buna baxmayaraq, noyabrın 12-də saat 15 radələrində ümumi sayı təxminən 15 nəfərdən ibarət şəxs Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında qanunsuz piket keçirməyə cəhd göstərmişlər. Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin qarşısı alınıb.
BAKU.WS