SİZİN REKLAM BURADA!
055 213 76 73


Yerli vaxtla saat 04:58-də Naxçıvan stansiyasından 103 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, zəlzələnin maqnitudası 4,5, dərinliyi 10 kilometr olub.

Zəlzələ Culfa və Ordubad rayonlarında zəif hiss olunub.
BAKU.WS