VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bakıda soyğunçuluq edən 2 nəfər tutulub.

 

BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 19-da Nəsimi rayonu ərazisində 2 naməlum şəxs Bakı şəhər sakini Əli Quliyevi döyüb, habelə bıçaqla hədələyərək 52 manatını və üzüyünü alıblar.

Nəsimi rayon Polis İdarəsi 20-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Asiman Yusifli və Salyan rayon sakini Əli Əliyev tutulublar.

Faktla balı araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS