SİZİN REKLAM BURADA!
055 213 76 73


Goranoy rayonunun Dəliməmmədli şəhərində qeydə alınan ağır yol qəzasında xəsarət alanların adları məlum olub.

BAKU.WS-
in bölgə muxbirinin verdiyi məlumata əsasən, qəza zamanı xəsarət alan şəxslər bunlardır:

62 yaşlı Məmmədova Svetlana Yadulla qızı

37 yaşlı Məmmədova İlhamə Nizami qızı

29 yaşlı Məmmədov Hüseyn Nizami oğlu.

Xəsarət alan şəxslər bir ailənin üzvüdür. Digər yaralıların şəxsiýyəti isə dəqiqləşdirilir.

*** 18:00
Goranboy rayonunda ağır yol qəzası qeydə alınıb.

BAKU.WS
-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə Bakı-Qazax magistral avtomobil yolunun Dəliməmmədli  şəhəri istiqamətindən keçən hissəsində baş verib.

Məlumata görə, "99-FA-111" dövlət nişanlı "Hundai Santafe" markalı avtomobil hərəkətdə olarkən qarşı təərfədən gələn "99-BA-861" dövlət nömrə nişanlı "VAZ 21 011" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində "VAZ 21 011" markalı avtomobildə olan 3 sərnişin ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Onların səhəti kritik qiymətləndirilir.

Hadisə zamanı daha iki nəfərin də xəsarət aldığı deyilir. İlkin məlumata görə qəzaya səbəb "VAZ 21 011" markalı avtomobilin qəfildən "Hundai" markalı maşının qarşısına çıxması səbəb olub.
BAKU.WS
QALEREYA