VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yevlaxda doğuş zamanı ana ölümü faktı qeydə alınıb.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, 23 yaşlı Tanrıqulular kənd sakini Gülanə Həmzəyeva Yevlax Rayon Mərkəzi Xəstəxanasında qız uşağı dünyaya gətirib.

Ancaq ana doğuş zamanı həyatını itirib.

Qeyd edək ki, bu, G. Həmzəyevanın ikinci övladıdır.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.
BAKU.WS