VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Çində hər kəsi heyrətləndirən maraqlı hadisə baş verib.
 
BAKU.WS məlumat verir ki, iki ay erkən normal doğuşla dünyaya gələn körpə öldükdən sonra dirilib. Anadan olduqdan sonra həkimlər ailəsinə uşağın vəziyyətinin yaxşı olduğunu, evə apara biləcəklərini deyiblər. Evə gəldikdən sonra uşağın vəziyyəti pisləşib. Təkrar xəstəxanaya dönən ailə körpələrinin ürəyinin dayandığını öyrəniblər.
 
Həkimlərin heç bir tibbi müdaxiləsini qəbul etməyən ailə uşağı meyitxanaya təhvil verib dəfn üçün hazırlıq görməyə başlayıb. Meyitxana işçiləri bir gündən sonra körpənin ağlamağa başladığını eşidiblər. 15 saat mənfi 12 dərəcə tempraturda qalan körpə möcüzəvi şəkildə yenidən həyata qayıdıb.
 
Həkimlər ilk dəfədir belə bir halla rastlaşdıqlarını bildiriblər. Hazırda körpənin küvezdə saxlanıldığını və ciddi nəzarət edildiyini bildiriblər.
 
BAKU.WS