İstanbulda özəl klinikanın sahibi həyat yoldaşını güllələyib. 

BAKU.WS Türkiyə mətbuatına istinadla xəbər verir ki, Celal adlı həkim onunla birlikdə işləyən və 3 yaşlı uşağının anası olan azərbaycanlı qadını tapança ilə güllələyib.

Hadisə Yeşilkent məhəlləsində yerləşən tibb mərkəzində, yerli vaxtla 01:00-da baş verib. 

Tibb mərkəzinin sahibi Celal T.-nin həyat yoldaşını hansı səbəbdən güllələdiyi hələlik məlum deyil. Arvadını güllələyən Celal hadisə yerindən qaçmağa çalışıb. 

Ancaq silah səslərini eşidən polis əməkdaşları dərhal əraziyə cəlb olunub və cinayətkar yaxalanıb.

Yaralı həkim A.A. dövlət xəstəxanasına yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilib.
BAKU.WS


VİDEO