SİZİN REKLAM BURADA!
055 213 76 73


Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Ford Focus" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, bu zaman o, idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı nəqliyyat vasitəsinin oturacaqlarının altında gizlədilən 3 ədəd "Redmi Note 8", 1 ədəd "Redmi 8A", 1 ədəd "Samsung Galaxy A20S" və 2 ədəd "Samsung Galaxy A20" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS