SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiyada azərbaycanlı iş adamı üzərində qanunsuz silah saxladığı üçün saxlanılıb.
 
BAKU.WS-in məlumatına görə, Sankt-Peterburqun Krasnoselsk rayonunun polis əməkdaşları "Porsche Cayenne" avtomobilini yol hərəkət qaydalarını pozduğu üçün saxlamaq istəyib. Ancaq avtomobilin sürücü polisə tabe olmaqdan imtina edərək yoluna davam edib. 
 
Polis avtomobilin qarşısını kəsərək sürücünün tabe olmasını tələb edib. Maşın dayandıqdan sonra "PorschePorşe Cayenne"in 31 yaşlı sürücüsü avtomobildən düşərək qaçmağa çalışıb. Avtomobildə sürücü ilə yanaşı, 51 və 41 yaşlı daha iki həmyerlisi olub. 
 
Polis işçilərini təhqir edən azərbaycanlıların avtomobilində axtarış həyata keçirildikdən sonra onların polisdən yayınmağının səbəbi məlum olub. Avtomobilin salonundan silah-sursat tapılıb. 
 
Saxlanılan şəxslər polis bölməsinə aparılıb. Azərbaycanlılar barəsində "qanunsuz silah saxlama" maddəsi ilə cinayət işi açılıb. 
 
Şahin Həbibov
BAKU.WS