VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda iki avtobusun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Nizami rayonu Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, "90-RA-864" dövlət nömrə nişanlı 57 saylı marşrutla "Bakubus" MMC-yə məxsus, 99-HJ-064 dövlət nömrə nişanlı 7A avtobusu toqquşub. Qəza nəticəsində 8 nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisə yerinə YPX əməkdaşları cəlb olunub.

7A avtobusun sürücüsü Çingiz Salamov "Report"a bildirib ki, 57 nömrəli marşrut dayanacaqda onun idarə etdiyi nəqliyyat vasitəsinə çırpılıb.

BAKU.WS
QALEREYA