SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağdam rayonunda ölümlə nəticələnən nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini Əli Hətəmov at arabasının altında qalıb. Nəticədə o, ağır xəsarətlər alaraq ölüb. Ə.Hətəmovun meyiti Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Ağdamda mal-qara üstündə düşən dava zamanı bir nəfər ölüb.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, rayonun Xındırıstan kənd sakinləri - Nəsibov Umud Qulu oğlu və Hətəmov Əli Əsgər oğlu arasında mal-qara üstündə mübahisə yaranıb.

Mübahisə dava ilə nəticələnib. Dava zamanı U.Nəsibov Ə.Hətəmovu döyərək at arabası ilə üzərindən keçib.

Ağır xəsarətlər alan Ə.Hətəmov xəstəxanaya aparılarkən yolda ölüb.

Ə.Hətəmovun meyiti tibbi müayinədən keçmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
BAKU.WS