SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıt şəhərində yanacaq doldurma məntəqəsində (YDM) yanğın baş verib.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə 17-ci mikrorayon İsmət Qayıbov küçəsində qeydə alınıb.

Hadisə yerinə FHN-in 5 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər görülür.

Sumqayıtda yanacaq doldurma məntəqəsində baş vermiş yanğın söndürülüb.

Hadisə YDM ərazisindəki avtomobil ehtiyat hissələri mağazasında baş verib.

Yanğın nəticəsində 50 kv/m sahədə bütün yanar konstruksiyalar və yaxınlıqda olan "Mercedes" markalı avtomobil qismən yanıb.

Yanğının qarşısı FHN-in yanğınsöndürənləri tərəfindən alınıb və yanacaq çənlərinə keçməsinə imkan verilməyib.
BAKU.WS
VİDEO