SİZİN REKLAM BURADA!
055 213 76 73


Qobustanda avtobus aşıb, 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Şamaxı-Yevlax yolunun 94 km də, Qobustan rayon ərazisindən keçən ərazisində baş verib.

İlkin məlumatlara görə, Bakıdan Şamaxı istiqamətində hərəkət edən sərnişin avtobusu yoldan çıxaraq aşıb. Nəticədə iki nəfər hadisə yerində dünyasını dəyişib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 6 nəfər xəstəxanaya yerləşdirilib.

Ölən və xəsarət alanların şəxsiyyəti hələlik dəqiq bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
QALEREYA