SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda güclü yağış Xətayi rayonunda sakinlərə ciddi problemlər yaşadıb.  

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə sakinlər məlumat veriblər.

Bildirilir ki, rayon ərazisində yerləşən M.Davud küçəsindəki sakinləri illərdir bu problemlərlə üzləşiblər.

Sakinlərin dediyinə əsasən, küçədə əsas problem kanalizasiya sisteminin bərbad işləməsidir.

Sakinlər mövcud problemlə bağlı rayon icra hakimiyyəti, “Azərsu” ASC və bələdiyyə nümayəndəliklərinə məlumat versələr də, problem öz həllini tapmayıb.



Orxan Hüseyn
BAKU.WS
VİDEO