Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən kafelərin birində açıq qadın alveri təşkil olunub.

BAKU.WS
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, “Lion” adlı kafedə fahişəxana təşkil edilib.

Obyektdə çəkiliş aparmaq istəyən şəxs kafe işçiləri tərəfindən döyülüblər. Döyülən şəxslər Xətai rayon Polis İdarəsi 37-ci polis bölməsinə şikayət ediblər.

Məsələ ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə verilən məlumata görə, 37-ci polis bölməsinə döyülmə faktı ilə bağlı müraciət daxil olub.

Hazırda Faktla bağlı ərazi üzrə müvafiq polis orqanında araşdırma aparılır.

Qeyd edək ki, adıçəkilən fahişəxanadan çəkiliş edilib və sosial şəbəkələrdə paylaşılıb. Həmin görüntüləri təqdim edirik. BAKU.WS
VİDEO