SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı-Sumqayıt yolunda baş verən qəzanın görüntüləri ortaya çıxıb. 

BAKU.WS xəbər verir ki, yük maşını Xırdalan dairəsindəki tunelə çırpılıb.

Kadrlardan da göründüyü kimi Sumqayıt istiqamətində hərəkət edən yük maşını tunelin divarına çırpılıb.

Nəticədə yük maşınının kabinəsi yük hissəsindən ayrılıb.

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. 

Faktla bağlı araşdırmalar aparılır.
BAKU.WS
VİDEO