SİZİN REKLAM BURADA!
055 213 76 73


Zaqatalada yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, rayonun Muxax kəndində ümumi sahəsi 120 m² olan köməkçi tikilinin taxta atmaları və içərisinə yığılan 1,2 ton ot bağlamasının 0,4 tonu, bitişik ümumi sahəsi 130 m² olan birmərtəbəli 5 otaqlı evin bir otağının tavanı 6 m² sahədə yanıb.

Evin, tikilinin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
BAKU.WS