SİZİN REKLAM BURADA!
055 213 76 73


Gədəbəy sakini qaynar sudan yanıb. 1996 cı il təvəllüdlü Hüseynov Elməddin Ramazan oğlu yanıq xəsarətləri ilə Gəncədəki xəstəxanalardan birinə gətirilib. 

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə hadisə kafelərdən birində baş verib. Hələlik adı açıqlanmayan qadın 23 yaşlı şəxsin üzərinə qaynayan samovarı aşırıb. Nəticədə sonuncunun üz nahiyyəsinin yandığı, yaralının 2-ci dərəcəli ağır yanıq xəsarətləri aldığı bildirlir.

Hələlik qadının hansı səbəbdən bu hadisəni etdiyi açıqlanmır.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma başlanılıb.

BAKU.WS