SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünən Yasamal rayonunda iki maşını yandıran şəxs saxlanılıb.
 
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, hadisə fevralın 5-də Yasamal rayonunun A.Şərifzadə küçəsində baş verib.
Üzərində dövlət qeydiyyat nişanları olmayan "Volvo” markalı atomobildə yanğın baş verib və yanğından yaxınlıqda dayanmış "Bentley” markalı avtomobilin arxa qanadının rəngi qopub, sağ arxa ışığı əriyibr. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yasamal RPİ 28-ci PB əməkdaşları tərəfindən hadisənin Bakı şəhər sakini Vasif Eyvazov tərəfindən törədilməsi müəyyən edilib.
Araşdırma aparılır.

BAKU.WS