SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda döyülmə hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə Nizami rayonu, Çobanzadə küçəsində qeydə alınıb.

Bakı sakinləri Yusif Səlimov və oğlu Tofiq Səlimov düyülmələri ilə bağlı Kliniki Tibbi Mərkəzə müraciət ediblər.

Aparılan araşdırmalar zamanı məlum olub ki, Y.Səlimovla oğlunu keçmiş həyat yoldaşı və iki qızı döyüb. İlkin məlumata görə, cütlük bir müddət əvvəl boşanıb.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS