VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası qeydə alınıb. 

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Ş.İ.X prospektində, "Dəyirman" dairəsi adlanan ərazidə baş verib.

Qəza nəticəsində "VAZ 2107" markalı avtomobillə "VAZ 21 011" və "Mercedes" markalı avtomobil toqquşub. Hadisə zamanı "VAZ 21 07" markalı avtomobilin sürücüsü Əliyev Elvin İmaməddin oğlu, "Mercedes" markalı avtomobilin sürücüsü Cəfərov İkram Nadir oğlu və "VAZ 21 011" markalı maşının sürücüsü Hacıyev Məsim Əbülfət oğlu müxtəlif bədən xəsarətləri alıblar.

Hər üç yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Onların vəziyyətinin orta ağır olduğu deyilir.

İlkin məlumatlara görə, qəzaya səbəb "VAZ 21 07" markalı avtomobilin yüksək sürətlə idarə edilməsi olub.
BAKU.WS
VİDEO