SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda Heydər Əliyev prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində yol-nəqliyyat hadisısi baş verib.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, sərxoş şəkildə “Wolsvagen” markalı, 90 VH 161 dövlət nömrə nişanlı avtomobili idarə edən sürücü “Bağırov körpüsü” kimi tanınan ərazidə avtomobili yüksək sürətlə səkiyə çırpıb. Zərbənin təsirindən sərnişin pəncərədən çıxaraq yerə çırpılıb.

Avtomobil deformasiyaya uğrayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının, eləcə də Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. 

Sürücü saxlanılıb, Faktla bağlı araşdırma aparılır.

Bakıda qəza törədən sərxoş sürücü Alkoqol Sərxoşluğunun Yoxlanılma Məntəqəsinə gətirilib.

Sürücü Naxçıvan şəhər sakini Təbriz Cəfərli məntəqədə polisə müqavimət göstərərək qaçmağa cəhd edib. Onun bu cəhdinin qarşısı polis tərəfindən alınıb. Sürücü inzibati məsuliyyətə cəlb edilib. 

Qeyd edək ki, qəza nəticəsində ağır yaralanan sərnişin, 1990-cı il təvəllüdlü İbrahimov Kənan Şakir oğlunun da spirtli içki qəbul etdiyi məlum olub. 
BAKU.WS
VİDEO