SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün səhər saatlarında Bakı metrosunda texniki nasazlıq yaranıb.

Bu barədə Bakı metrosunun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə məlumat verib.

Qurum rəsmisi bildirib ki, “28 may” stansiyasında qatarda problem yaranıb.

Maşınist bu səbəbdən qatarın depoya göndərilməsi barədə qərar qəbul edib. Sərnişinlər vaqonlardan boşaldılıb.

Bu səbəbdən qatarlarının intervalında ciddi problemlər olmasa da, ümumilikdə digər günlərə nisbətən basabaş müşahidə edilib.

Ən çox sərnişin sıxlığı “20 yanvar”, “28 may”, “Gənclik”, “Koroğlu” stansiyalarında müşahidə edilib.
BAKU.WS