055 213 76 73
BAKU.WS publika.az-a istinadən xəbər verir ki, Sabunçu Rayon Prokurorluğunun müfəttişi vəzifəsində çalışan 1962-cı il təvəllüdlü Ramiz Qasımov şənbə günü avtomobildə olarkən qəfil ürək tutumasından vəfat edib. O, məhkəmənin qarşısında olarkən halı pisləşib və hadisə yerindəcə keçinib.
R.Qasımov dünən doğulduğu Cəlilabad rayonunda dəfn edilib.
Qeyd edək ki, R.Qasımov daha əvvəl Qaradağ Rayon Prokurorluğunun dəftərxana rəisi vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!
BAKU.WS