SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə şhərində uşaq qızdırmadan dünyasını dəyişib.

BAKU.WS
-in bölgə müxbirinin verdiyi məlumata görə, 2014-cü il təvəllüdlü Abdullayeva Zəhra Ramiz qızı qızdırma diaqnozu ilə Gəncə Yolxucu Xəstəliklər Xəstəxanasına çatdırılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq uçağın həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxananın baş həkimi İradə Dəmirova BAKU.WS-ə bildirib ki, uşaq xəstəxanaya çatdırılanda ölü vəziyyətdə olub.

"Uşaq bizə gətiriləndə artıq dünyasını dəyişmişdi. Xəstəyə Nurəngiz doxtur baxıb mənə bildirdiki, uşaq ölüb.

Nurəngiz həkim də polisə məlumat verdi. Yəni artıq keçinmişdi.

Bizdən öncə isə dəmiryol xəstəxanasına aparıblar."

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
BAKU.WS