SİZİN REKLAM BURADA!
055 213 76 73


Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "VAZ-21013" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub.

Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, bu zaman vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Lakin gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yük yerində 15 ədəd sellofanda, ümumilikdə 3 kiloqram partlayıcı maddə - barıt aşkarlanıb.

Bundan başqa, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Ford Mondeo" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılaraq şifahi sorğu-sual edilib.

Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Avtomobilə gömrük baxışı zamanı minik maşınının arxa oturacağı ilə yük yerinin arasında gizlədilən 120 ədəd yaşıl rəngli "Roman Candle", 44 ədəd bənövşəyi rəngli "Roman Candle", 360 ədəd "Red Stars with Report", 108 ədəd "Magical Candle 60 Ball" və 36 ədəd "Thunder King" yazısı olan pirotexniki vasitələr aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.
BAKU.WS
QALEREYA