VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən qətllə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, oktyabrın 16-da Binəqədi rayonu ərazisində Təranə İsmayılovanın yaşadığı evə gəlmiş keçmiş əri, əvvəllər məhkum olunmuş V.Hüseynov münaqişə zəminində onu və orada olan bibisi Luiza İsmayılovanı bıçaqla qətlə yetirib, evi isə yandırıb.

V.Hüseynov sonra Azadlıq prospektində özünü avtobusun altına atıb.

Polis əməkdaşlarının nəzarəti altında V.Hüseynov xəstəxanaya yerləşdirilib.

Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
BAKU.WS