SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuz rayonunda ağır yol qəzası qeydə alınıb.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Qazqulu kəndində baş verib.

İlkin məlumatlara görə qəza zamanı "VAZ 2106" və "VAZ 2107" markalı avtomobillər toqquşub. Hadisə zamanı 4 nəfərin - 23 yaşlı Sadıqov Ruslan Niyazi oğlu, 27 yaşlı İsayev Mirzə Komsomol oğlu, 24 yaşlı Qarayev Səxavət Bakir oğlu və Məmmədov Natiq Tofiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.

Qəzaya səbəb avtomobillərin yüksək surətlə hərəkət etməsi olub. Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
QALEREYA