SİZİN REKLAM BURADA!
055 213 76 73


Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 2960 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşlarına məxsus "Mercedes-Benz E220" və "Mitsubishi Pajero İO" markalı avtomobillər saxlanılıb və sürücüləri şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı hər iki vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərindən "Parliament Aqua Blue", "Marlboro Filter Plus", "Parliament Super Slims" və "Marlboro Edge" markalı ümumilikdə 2960 ədəd siqaret aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.
BAKU.WS
QALEREYA