SİZİN REKLAM BURADA!
055 213 76 73


Goranboy rayonunun Əlirzalı kəndində qadının ən qolunu ata bağlayıb döyən şəxs barəsində cinayət işi açılıb.

Bu barədə BAKU.WS-in bölgə müxbirinə Daxili İşlər Nazirliyinin Gəncə Regional Qrupunun baş insoektoru Eşqin Qasımov məlumat verib.

"Hadisə zamanı döyülən Əlirzalı kənd sakini Ələkbərova Sahilə Məzahir qızı rəsmi ərizə ilə Goranboy rayon Polis Şöbəsinə müraciət edib.

Qadın şikayətində 3 nəfər - Dəmirova Firuz Ədil qızı və onun övladları Dəmirova Fəridə Knyaz qızı, Dəmirova Ariz Knyaz oğlu barəsində şikayət edib.

Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslərlə Ələkbərova Sahilə Məzahir qızı arasında şəxsi zəmində münaqişə baş verib. Nəticədə S.Ələkbərovanı vurublar və qadın yüngül xəsarətlər alıb. Fakt üzrə artıq Azad Dəmirov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 maddəsi ilə cinayət işi açılıb.

Lakin A.Dəmirovun fiziki və psixiki səhətinin yerində olmamasına görə həbs edilməyib polis nəzarətinə verilib.

Faktla bağlı araşdırmalar davam edir.

Hadisədə qadının ata bağlanaraq sürüdülməsi faktı olmayıb".
BAKU.WS