SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə yolu keçmək istəyən üç piyadanı eyni anda bir avtomobil vurub.

BAKU.WS
-in bölgə müxbirinin verdiyi məlumata əsasən hadisə şəhərin Xətai prosspekti adlanan ərazidə qeydə alınıb.

"Mercedes" markalı avtomobili idarə edən sürücü şəhər sakinləri 41 yaşlı Əlirzayeva İlhamə Məzahir qızını, 24 yaşlı Rzayeva Zeynəb Canpolad qızı və onun həmyaşıdı Poladova Leyla Faiq qızını vurub.

Nəticədə hər üç sürücü Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib.

Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.
BAKU.WS