SİZİN REKLAM BURADA!
055 213 76 73


Goranboy rayonunda qonşular arasında mübahisə dava ilə bitib.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Kələk kəndində qeydə alınıb. Kənd sakini 1981 ci il təvəllüdlü Sahil Sarıyev müxtəlif xəsarətlərlə Goranboy Mərkəzi Rayon Xəstəxanaslna yerləşdirilib.

İlkin məlumata görə qonşusu tərəfindən onun baş nahiyyəsinə küt alətlə zərbə endirilib və yaralı hadisə yerində huşunu itirib.Yaralını xəstəxanaya yaxınları çatdırıb.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsinə məlumat verilib, araşdırma aparılır.
BAKU.WS