SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda səhər saatlarında yol qəzası baş verib.

BAKU.WS
Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Nobel prospektində qeydə alınıb.

Prospektlə şəhər istiqamətində hərəkətdə olan "Hyundai ix 35" markalı avtomobil idarəetməni itirərək qarşısında, eyni istiqamətdə hərəkətdə olan "Mercedes" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində prospektdə tıxac yaranıb.

Məlumata görə, "Hyundai ix 35" markalı avtomobilin sürücüsü özünü sükan arxasında pis hiss etdiyindən idarəetməni itirib və qarşıdakı avtomobilə çırpılıb.

Hadisə yerinə yol polisi əməkdaşları gəlib. Hazırda ərazidə tıxacın aradan qaldırılması istiqamətində işlər görülür.
BAKU.WS
QALEREYA